Bir çox canlılar böyük həmrəylik içərisində yaşayırlar. Hətta bəzən müxtəlif növ heyvanlar arasında da həmrəylik, əməkdaşlıq kimi davranışlar görmək mümkündür. Xüsusilə də sürü və ya koloniya halında yaşayan canlılar bu cür yaşamağın bir çox üstünlüyünə sahibdirlər.
Heyvanların yaşayış tərzi təkamülçülərin iddia etdiyi kimi, canlılarının amansız mübarizə içində olduğu və həyatda qala bilmək üçün bir-birlərilə rəqabət aparmaq məcburiyyətində olduqları fikrinin tamamilə yanlış olduğunu göstərir. Canlıların çoxu rəqabətin yox, həmrəyliyin, əməkdaşlığın, bir-birinin mənfəətlərini güdməyin və fədakarlığın üstünlüklərindən istifadə edirlər.
Əslində təkamülçülər də təbiətdə baş verən bu açıq gerçəyin fərqindədirlər. Ancaq bunu təkamül nəzəriyyəsi ilə uyğunlaşdırmağın yollarını axtarırlar. Məsələn, məşhur təkamülçü Peter Kropotkin şərqi-Sibir və Mançuryada apardığı araşdırmalarda heyvanlar arasındakı qarşılıqlı yardımlaşmanın bir çox nümunəsini müəyyən etmiş və hətta bu mövzu haqqında bir kitab da yazmışdır. Kropotkin kitabında canlılar arasındakı həmrəyliklə əlaqədar bunları qeyd edir:
“Həyat mübarizəsi anlayışını araşdırmağa başladığımızda bizi ilk təəccübləndirən bir çox qarşılıqlı yardımlaşma nümunələrinin olması idi. Bir çox təkamülçü tərəfindən qəbul edildiyi kimi, yalnız nəsil çoxaltmaq üçün deyil, həm də fərdlərin təhlükəsizliyi və qida ilə təmin edilməsi üçün də bu yardımlaşma nümunələrini görürük. Heyvanlar aləminin böyük hissəsində qarşılıqlı yardımlaşma bir qaydadır. Qarşılıqlı yardımlaşma, heyvanlar aləminin ən alt təbəqəsindəki heyvanlarda belə müşahidə edilir…”
(Peter Kropoktin, Mutual Aid: A Factor of Evolution, 1902, 1-ci hissə)
Kropotkin təkamülçü olmasına baxmayaraq , təbiətdə gördüyü açıq-aydın dəlillər qarşısında, təkamülün əsas iddiasına tamamilə tərs açıqlama vermişdir. Sonrakı bölmələrdə izah ediləcək olan və bəzi nümunələrdə də görüləcəyi kimi canlılar və hətta onların növləri arasındakı həmrəyliyi və əməkdaşlığı, bu canlıların təhlükəsizliklərinə və qidalanmalarına görə çox vacibdir. Təbiətdəki bu tarazlıq və nizam, Allah’ın qüsursuz yaratmasının açıq-aydın dəlillərindəndir. Belə ki, təbiətdə reallaşan hadisələrə şahid olanlar, şüursuz canlıların belə şüurlu və ağıllı davranışlarına heyrətlənirlər. Bunlardan biri də, fiziologiya və tibb sahəsində tanınmış məşhur elm adamı Kenneth Walker şərqi-Afrikada ov zamanı müşahidələrini belə təsvir edir:
İllər əvvəl şərqi-Afrikada ov ovlamağa çıxanda heyvanlar arasında müşahidə etdiyim həmrəyliyin bir çox nümunəsi hələ də xatirəmdə canlıdır. Düzənliklərində müxtəlif zebra və ceyran sürülərinin təhlükələrə qarşı bir-birlərini xəbərdar etmək üçün müəyyən yerlərə növbətçi qoyduqlarının şahidi oldum. Zebra ovlamağa çıxmamışdım, amma ceyran ovlaya bilməyim də demək olar ki, qeyri-mümkün idi. Çünki nə vaxt birinə yaxınlaşmaq istəsəm, keşik çəkən zebra təhlükəni hiss edib ceyranları xəbərdar edirdi. Zürafələrlə filləri də çox vaxt birlikdə görərdik. Fillərin böyük və çox yaxşı eşidə bilən qulaqları var, ancaq görmə duyğuları zəifdir. Zürafələr isə sanki müşahidə etmək üçün qüllələrə yerləşdirilmiş gözətçilər kimidir. Güclərini birləşdirdiklərində isə görünmədən və səssizcə nə fillərə, nə də zürafələrə yaxınlaşmaq qeyri-mümkündür. Daha da maraqlı (daha doğrusu olduqca qəribə) olan əməkdaşlığı isə kərgədanlarla və dərilərində olan gənə növündən parazitləri ayırd etmək üçün kürəklərinə dırmaşıb oturan quşlar arasında idi. Bu quşlar hər vaxt hazır gözləyir, çox uzaqdan yaxınlaşdığımı fərq etdikdə isə çılğın qışqırıqları və dimdikləmələri ilə üstündə olduqları heyvanı xəbərdar edərdilər. Kərgədan qaçmağa başladığında quşlar qatardakı sərnişinlər kimi heyvanın kürəyindən yapışıb yerlərindən ayrılmazdılar.
(Camal İldırım, Təkamül Qaydası və Fanatizm, s. 48- 49)
Kenneth Walkerin bu təsbitləri əslində hər vaxt qarşılaşa biləcəyimiz fədakarlıq və əməkdaşlıq nümunələrinin çox az bir hissəsidir. İnsan ətrafında gördüyü bütün canlılarda bunlara bənzər davranışlara şahid ola bilər. Ancaq vacib olan insanın gördüyü bu nümunələr üzərində düşünməsidir.
Təsadüfən meydana gəlmiş, təbiətdə "həyat mübarizəsi" aparan bir canlının belə bir fədakar davranışlar göstərməsinin mənası varmı? Daha doğrusu belə bir canlıdan belə bir ağıllı və fədakar davranışlar gözləmək mümkündürmü?
Əlbəttə deyil. Təsadüfən meydana gəlmiş, şüursuz bir canlı "ağıllı" davranışlar nümayiş etdirə bilməz. Başqalarını qoruması lazım olduğunu düşünə bilməz. Bu canlıların bütün xüsusiyyətlərinin tək açıqlaması, onları istiqamətləndirən, onlara bunları ilham edən Allah’ın varlığıdır.
Digər linklərdə daha ətraflı olaraq araşdıracağımız, nümunələr də, Allah’ın canlılar üzərindəki hakimiyyətini açıq-aydın gözlər önünə sərəcək.